Pizza Mizza

Şirkət haqqında:

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. O zaman gələcəkdə direktor olacaq Elmar Həsənzadə yaşamaq üçün Almaniyaya köçür və orada aşpaz köməkçisi işləməyə başlayır. O, qısa müddətdə fərqli reseptlərə əsasən dadlı pizzaların hazırlanmasını öyrənir və eyni zamanda bir neçə növ xəmir xörəklərinin, salatların, isti və soyuq qəlyanaltıların, ət yeməklərinin hazırlanmasını mənimsəyərək "La Roma" restoranının baş aşpazı vəzifəsinə keçir. Bir il ərzində orada çalışır və oranı satın alır. Uzun müddət orada qazandığı təcrübəyə əsaslanaraq və oradan ilham alaraq Pizza Mizza restoranlar şəbəkəsi açmaq və Azərbaycanda bunu davam etmək qərarına gəlir. "La Roma" ilə "Pizza Mizza"-nın konsepti və təqdim olunan yeməkləri tam şəkildə eynidir. Sadəcə yerli brend yaratmaq üçün bizim seçimimiz məhz "Pizza Mizza" adı olmuşdur.

"Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır.

İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur. Həmin şöbə Yasamal rayonunun ən qaynar nöqtəsində, daha dəqiq desək, Statistika Komitəsinin yaxınlığında yerləşir. İkinci filial isə 21 sentyabr 2015-ci il tarixində Nərimanov rayonu, Heydər Əliyev mərkəzinin yaxınlığında istifadəyə verilmişdir. 27 aprel 2016-cı ildə 3-cü filial Sahil filialı açılmışdır. Lakin onun yerləşmə lokasiyası uğurlu olmadığından filialın fəaliyyəti şirkət tərəfindən dayandırılmışdır. 14 dekabr 2016-cı ildə isə "Pizza Mizza"-nın daha bir filialı Həzi Aslanov metro stansiyasının yaxınlığında fəaliyyətə başlamışdır.

2018-ci ildə şirkətin rebrendinq olunması və bütün konseptin dəyişilməsi qərarı verildi. 2019-cu ilin noyabr ayında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında "Pizza Mizza"-nın yeni filialının tam yeni formatda açılışı baş tutdu.

10 oktyabr 2020-ci ildən "Pizza Mizza"-nın daha bir filialı Zabrat 1 qəsəbəsi (Rahat Market-in daxilində) fəaliyyət göstərməyə başlamışdır.

24 noyabr və 3 dekabr 2021-ci ildən "Pizza Mizza"-nın filialı "Zefir Mall"-da və Murtuza Muxtarov 190 (Kaspian Plazanın yaxınlığında) ünvanlarında fəaliyyət göstərməyə başlamışdır.

Əlaqə vasitələri:

Çağrı mərkəzinin təmsilçisi

Tələblər:

  • Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır
  • Satış etmək bacarığı olmalıdır
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili və ingilis və ya rus dili səlis danışıq arzuolunandır
  • MS Word və Excel ilə işləmək bacarığı
  • Yaş 18-35
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma
  • Satış hədəflərinə çatmaq üçün effektiv satış texnikalarına malik olmaq
  • Komandada işləmək bacarığı
  • Problem həll etmə və konflikt idarəetmə bacarıqları
  • Cəld, punktual, məsuliyyətli, detallara diqqətli

Vəzifələr:

  • Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi
  • Müştəri ehtiyaclarını anlamaq və müvafiq məhsul və xidmətləri təklif etmək
  • Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
  • Zəng və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsi və yönləndirilməsi
  • Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsi
  • Çağrı mərkəzi vasitəsilə satışları həyata keçirmək
  • Sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək
  • Satış texnikalarını istifadə etmək və satış hədəflərinə çatmaq
  • Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsi
  • Mövcud müştərilərlə əlaqələri gücləndirmək və uzunmüddətli müştəri loyallığını təmin etmək
  • Tələb olunan hesabatların tərtib olunması
  • Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək səviyyəli müştəri xidməti göstərmək

İş şəraiti: 

  • Mehriban və dinamik komandada iş
  • Karyera inkişafı imkanı
  • İş vaxtı qrafikə əsasən tam iş günü 6 günlük 
  • Nahar pulu
  • Əmək haqqı 500-600 azn + bonus (satış hədəflərinin yerinə yetirilməsindən asılı olaraq)
  • Əlavə iş saatı ödənilir

Maraqlananlar CV-lərini “Çağrı mərkəzinin təmsilçisi” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap