Lilac Flower Boutique

Şirkət haqqında:
“Lilac Flower Boutique” 2012-ci ilin əvvələrində Bakının gül bazarına çıxdı və bütün bakılıların qəlblərini fəth edə bildi. Floristlərın kreativliyi, rənglərin geniş çeşidləri və təkrarolunmaz stil ilə heç bir müştərimiz bizdən narazı qalmadı. Çiçək butiki “Lilac”-a gələn bir daha da gəlmək istəyir, çünki biz hər bir müştəriyə fərdi yanaşırıq. Biz çiçək buketinin yığılmasına başlamamışdan öncə, çiçək buketinın sahibi haqqında, onun zövgü və xüsusiyyətləri haqqında ətraflı maraqlanırıq. Buketlər, gül kompozisiyaları və interyer tərtibatı üçün bütün güllər, Hollandiya mütəxəssisləri tərəfindən xüsusi diqqətlə seçilir, yığılır və Azərbaycana göndərilir. Bunun sayəsində “Lilac” təkrarolunmaz zövqü ilə Bakıda tanınır və sevilir. Axı hər buket kiçik incəsənət əsəridir.
Əlaqə vasitələri:
Sürücü
Vəzifə Təlimatları:
- Sifarişin müştərilərə müəyyən olunmuş vaxt çərçivəsində, təyinatı üzrə, gecikmə olmadan çatdırılmasını həyata keçirir.
- Lazım gəldikdə POS terminal ilə işləyir.
- Müştəri ilə düzgün ünsiyyətin qurulması
- Avtomobilin yanacaqla, sürtkü materiallarıyla vǝ soyuducu mayelǝrlǝ doldurulması
- Avtomobilin benzin xərci şirkət tərəfindən ödənilir
- Avtomobilin texniki vǝziyyǝtinin yoxlanılması vǝ xǝttǝ çıxarılmazdan ǝvvǝl qǝbulu
- İş zamanı qarşıya çıxan vǝ mexanizmin sökülmǝsini tǝlǝb etmǝyǝn xırda nasazlıqların aradan qaldırılması.
- Yol sǝnǝdlǝrinin rǝsmilǝşdirilmǝsi.
Tələblər:
- Gülərüz, yüksək xidmət göstərmək bacarığı olmalı
- Komanda ilə işləmək bacarığı olmalı
- Fəal, məsuliyyətli, punktual, stressə davamlı olmalı
- Yol hərəkət qaydalarını mükəmməl bilmək
- Bakı şəhərində əraziləri yaxşı tanımaq
- Avtomobilə öz avtomobili kimi baxmalıdır
- Səliqəli görünüş
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.