Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Ofis işləri və Hesabatlar üzrə Köməkçi
İş yeri: Balaxanıda yerləşən Beton zavodu, Çinar plaza
Tələblər:
- Tam ali təhsil;
- Əlaqəli sahə üzrə ən azı 0-1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük,
- İngilis dili,
- MS Office komputer proqramı üzrə bacarıqlar.
Vəzifə və Öhdəliklər:
- Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir;
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır;
- Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi, saxlanılması və əlaqəli şöbələrə yönləndirilməsi;
- Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
- Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi;
- Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
- Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması;
- Jurnalda müvafiq qeydlərin aparılması;
- Sənədlərin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərədən keçirilməsi və qeydiyyatı;
- Şirkət rəhbərliyi, qonaqlar və digər rəsmi şəxslərlə olan görüşlərdə iclasların təşkili, müvafiq qida (su, çay, yemək və s.) təminatının təşkil edilməsi;
- APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.