Universal Group of Companies

Şirkət haqqında:

UNIVERSAL Şirkətlər Qrupu Qafqaz regionunda aparıcı layihə əsaslı həll təminatçılarından biridir. 1998-ci ildən biz regionun tikinti və neft-qaz sahəsində etibarlı təchizatçılarıyıq. Biz hər cür layihələri təmin etmək və həyata keçirmək üçün uzunmüddətli tərəfdaşlıq qururuq və müxtəlif sahələrdə daim inkişaf edərək zamanla ayaqlaşmağa çalışırıq. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO MMC, Leading Supply Solutions MMC, AZLIFT MMC, A-Z GLOBAL MMC. Bu şirkətlərin hər biri Azərbaycan bazarında Korporativ və Topdansatış kateqoriyalarının əsas oyunçularından biridir və Türkiyə, Gürcüstan, BƏƏ və Özbəkistanda ofisləri var. 

Əlaqə vasitələri:

Baş Mexanika Mühəndisi

Təsvir:

  • İstehsalat sahəsində mexaniki avadanlıqların düzgün işləməsinə nəzarət və texniki xidmət proseslərinin təşkili;
  • Yeni avadanlıqların seçilməsi, montajı və istifadəyə verilməsi prosesinə rəhbərlik;
  • Mövcud avadanlıqların texniki baxış və təmir planlarının hazırlanması;
  • Nasazlıqların vaxtında aşkarlanması və effektiv aradan qaldırılması üçün komandanın idarə olunması;
  • Texniki sənədlərin, təmir-qrafiklərinin və təlimatların hazırlanması;
  • Təhlükəsizlik qaydalarına və istehsalat standartlarına uyğunluğun təmin edilməsi.

Tələblər:

  • Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (rəhbər mövqedə təcrübə üstünlükdür);
  • Texniki çertyojları oxuma və proqram təminatlarında (AutoCAD, SolidWorks və s.) işləmə bacarığı;
  • İstehsalatda istifadə olunan nasos, kompressor, reduktor, ötürücü mexanizmlər və digər avadanlıqlar üzrə biliklər;
  • Komandaya rəhbərlik və təşkilatçılıq bacarığı;
  • Problemləri analiz etmək və operativ qərarvermə qabiliyyəti.
  • Azərbaycan dili və Rus dili sərbəst (ingilis dili biliyi arzuolunandır).

İş şərtləri:

  • Həftə içi 5 gün, 10:00 – 19:00;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə və mobil telefon;
  • Könüllü tibbi sığorta;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Baş Mexanika Mühəndisi” yazaraq göndərə bilərlər.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap