Nutrient
Şirkət haqqında:
“Nutrient” MMC şirkəti 2023-cü ilin sentyabr ayından etibarən fəaliyyətə başlamışdır. Şirkət müasir idarəetmə prinsipləri əsasında, o cümlədən İSO 9001 idarəetmə sisteminin tələbləri əsasında fəaliyyət göstərməkdədir. Şirkətin portfelində hal-hazırda 19 bioloji aktiv qida məhsulu, 3 gigiyenik vasitə və 4 kosmetik məhsullar mövcuddur. Şirkətin məhsulları xüsusi keyfiyyətə nəzarət sistemin keçirilməklə, istehsal olunduğu ölkədə beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda, habelə ölkə daxilində fəaliyyət göstərən dövlət qurumlarının laboratoriyalarında təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə yoxlanıldıqdan sonra satışa çıxarılır. Eləcə də şirkətin tələblərinə uyğun olaraq məhsulları istehsal edən xarici müəssisələr GMP standartına uyğun, müasir və nano texnologiyalardan istifadə etməklə, yüksək keyfiyyətli xammal, qablaşdırma materialları əsasında laktozasız və qlütensiz premium məhsullar istehsal edir.
Şirkətin sosial məsuliyyətli, peşəkar, təcrübəli və sağlam rəqabət prinsiplərini əsas tutan komandası mövcuddur.
Əlaqə vasitələri:
Təchizat/Anbar meneceri
Vəzifə və öhdəliklər:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərinin minimuma endirilməsini təmin etmək;
- Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək;
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək;
- Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək;
- Təsərrüfat üzrə təmir və texniki xidmət üçün sifarişləri qəbul etmək və vaxtında çatdırılmasına nəzarət etmək;
- İstifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məlumatların dəqiq qeydiyyatını aparmaq;
- Fəaliyyət avadanlıqları və təchizat üzrə illik tələbləri koordinasiya etmək;
- Böyük layihələrlə bağlı satınalmaları koordinasiya etmək;
- Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək;
- Gömrük ve vergi qanunvericiliyini nəzərə alınaraq gömrük sənədləşdirilməsinin aparılması və nəzarəti;
- Malları gömrükdən keçirərək, tələb olunan vergi rüsumlarının ödənilməsi, əlaqədar sənədləşmələrin aparılmasının təşkili və nəzarəti;
- Logistik ehtiyac analizinin aparılması və PL xidmət formasının seçilməsi;
- Anbardakı malların depolara, apteklərə çatdırılması, təhvil verilməsi və sənədləşdirilməsi;
- Anbara yığılan hazır məhsulun qorunub saxlanılmasını, saxlama rejiminə riayət edilməsini, mədaxil və məxaric kimi sənədlərin verilməsi və rəsmiləşdirmə qaydalarının təmin edilməsi;
- Hazır məhsulun saxlanılmasının və buraxılışının, onların yerləşdirilməsinin, anbar sahəsindən səmərəli istifadəsinin təmin edilməsi;
- Anbarda yükləmə və boşaltma işlərinin normalara müvafiq təşkilinin təmin edilməsi;
- Texniki təhlükəsizlik qaydalarının əməl edilməsinə nəzarət;
- Aylıq, rüblük, illik anbar hesabatların hazırlanmasının təşkili;
- Tələb olunan saxlanma şəraitinin yaradılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
- MS Office (Word, Excel, PowerPoint), 1C proqramını mükəmməl bilməli, SAP və LOGO proqramlarını bilməyi üstünlükdür;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərində danışıq və yazı qabiliyyəti arzuolunandır;
- Səlist və aydın nitq, fikrini düzgün idarəetmə qabiliyyəti;
- Danışıqların aparılması bacarığı;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
- İşgüzar və məsuliyyətli.
Peşəkarlıq tələbləri:
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
- Müştərilərlə əlaqə qurma bacarığı;
- İdarəetmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və dürüstlük.
İş qrafiki və əmək haqqı:
- Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə;
- İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi.
İş yeri
- Bakı şəhəri, Nərimanov r-nu, Nəsib bəy Yusifbəyli küç, ev 71, giriş 2, mənzil 40.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.