Garant Company MMC

Şirkət haqqında:
Xarici Satın-alma,təhcizat və müvafiq konsultasiya xidməti.
Əlaqə vasitələri:
Tikinti sahəsində xarici satınalma üzrə mütəxəsis axtarılır.
“Tikinti” sahəsində xarici satınalma üzrə mütəxəsis axtarılır.
Qeyd - Həmin sahədə təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri
- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi,
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Bazarın təhlili, tələb olunan materialların başda Çin bazarı olmaqla (xarici bazarda) və daxili bazarda araşdırılması, texniki məlumat və müqayisəli şəkildə qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili,
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və tələb olunan standartlara uyğunluğunun yoxlanılması və qeydiyyatının aparılması,
- Tədarükçülərlə müqavilələrin bağlanması,
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi,
- Təchizatçılarla göndəriş vaxtının razılaşdırılması,məhsulların çatdırılma periodunun düzgün kordinasiyası
- Logistika məsələlərinin həllinə dəstək göstərilməsi,
- Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi,
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması.
İş şəraiti
- İş rejimi: Həftə içi 5 gün Saat 08:00-dan -17:00-dək (şənbə günü saat 13:00-a qədər növbəli,)
- İş yeri – Azure Business Center,(Xətai Metro St yaxınlığı)
- Nəzərdə tutulan Əmək haqqı 1000-1300 azn və əlavə bonuslar.
Tələblər
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Cins: Kişi
- Yaş: 25 - 40
- Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir)
- Azərbaycan dili- səlis,
- Rus dili və ingilis dili- advance,
- MS Office proqramlarından sərbəst istifadə bacarığı,
- Çalışqan,işgüzar ünsiyyət bacarığı, problemləri həll etmə və məsuliyyət götürmə bacarığı,
- İntizamlı və uzun müddətli kariyera axtırşında olanlar daha müsbət qiymətləndiriləcək.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini office@garantcompany.az elektron ünvanına Subject/Mövzu hissəsində “Tikinti sahəsi üzrə xarici satınalma” qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə +99451215400office@garantcompany.az