Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
İnsan resursları üzrə baş mütəxəssis
Əsas tələblər:
- Təhsil : Ali təhsil;
- Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
- Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- İntizamlılıq;
- Yüksək kommunikasiya;
- Yenilikçi və proaktiv yanaşma;
- Komanda işi;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük;
- Nəticə yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək;
İş barədə:
- HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi.
- İşçi motivasiya və qiymətləndirmə proqramlarının təşkili.
- İşə qəbul, işdən çıxarılma, vəzifə dəyişikliklərinin qanunvericiliyə uyğun icrası.
- “ƏMAS” və digər dövlət portallarında əməliyyatların icrası (əmək müqavilələri, xitam əmrləri, məzuniyyətlər və s.).
- Əmək haqqı, məzuniyyət və digər ödənişlər üzrə hesablamaların aparılması və ERP sistemləri vasitəsilə izlənməsi.
- Problemli işçilərlə müvafiq prosedurların icrası və həll yollarının tapılması.
- Dövlət qurumları ilə əlaqələrin düzgün idarə olunması.
- İşçi məlumat bazasının düzgün və dəqiq aparılması.
- Seçim və müsahibə proseslərinin aparılması, uyğun namizədlərin cəlb edilməsi.
- İşçi ehtiyaclarının müəyyən edilməsi və departamentlərlə koordinasiya.
- Tələb olunan HR hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi.
- İnsan resursları sahəsində innovativ texnologiyaların tətbiqi və məlumat bazalarının idarə olunması.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə baş mütəxəssis” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.