Paulaner Brauhaus Baku

Şirkət haqqında:
Paulaner Baku Sizlərə Alman Restoran və kiçik Pivə Zavodu təqdim edir, burada Siz orijinal Alman üslubunda işlənilmiş dekor və Bavariya menyusunun ən gözəl elementləri ilə tanış ola bilərsiniz.
İstehsal prosesində yalnız ən keyfiyyətli inqrediyentlərdən istifadə olur və bu keyfiyyət, pivə istehsal prosesini sənət əsərinə çevirir.
Paulaner Baku ailənizlə, dostlarınızla və ya sadəcə Alman üslubunda bəzədilmiş məkanda gözəl musigi qulaq asmaq və ya dünyanın ən maraqlı futbol oyunlardan zövq ala bilərsiniz.
Əlaqə vasitələri:
Mətbəx xidmətçisi
İş yeri: Paulaner Brauhaus Baku
Əmək funksiyası:
- Mətbəxin və mətbəx avadanlıqlarının təmizliyini gigiyena və sanitariya qaydalarını müvafiq şəkildə tənzimləmək;
- Çirkli qabları, şüşə qab-qacağı, qaşıq, çəngəl və bıçaqları təmizləmək;
- Restoran və banket tədbirləri üçün lazımi avadanlıqları təmin etmək;
- Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq;
- Qabyuyan maşınların, qazanların, yuyucu sahənin və mətbəxin, sanitariya və gigiyena standartlarına uyğun təmiz, baxımlı olmasını təmin etmək;
- Maşınları və digər avadanlıqları təhlükəsiz və düzgün istifadə etmək;
- Filtrləri və mətbəx döşəməsini mütəmadi tələb olunan standartlara uyğun təmizləmək;
- Mətbəxi və mətbəx avadanlıqlarını qorumaq və saxlamaq.
Tələblər:
- Müvafiq iş təcrübəsi;
- Gigiyena qaydaları barədə məlumatlı olmaq;
- Müxtəlif təmizlik məhsullarınının istifadə qaydalarından məlumatlı olmaq;
- Gigiyena qaydaları barədə məlumatlı olmaq;
- Müxtəlif təmizlik məhsullarının istifadə qaydalarından məlumatlı olmaq;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
Vəzifə üzrə təminatlar:
- Dünyanın məşhur alman brendində iş imkanı;
- “PMD Hospitality” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Gündəlik qidalanma;
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.