VMF

Şirkət haqqında:
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.
Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.
VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.
Əlaqə vasitələri:
SMM (Sosial Şəbəkə Meneceri)
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının idarə olunması (Instagram, Facebook, Google və s.)
- İzləyici artımı və aktivliyin təhlili, inkişaf planlarının hazırlanması
- Mesajlara və şərhlərə operativ cavab verilməsi
- Reklam kampaniyalarının təşkili və izlənməsi
Tələblər:
- Sosial media idarəçiliyi sahəsində minimum 1 il təcrübə
- Kreativ düşüncə və yazılı ifadə bacarığı
- Canva və digər dizayn alətləri ilə işləmə bacarığı arzuolunandır
- Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma
Təklif edirik:
- Əmək haqqı – 700 AZN
- Karyera inkişafı üçün imkanlar
- Peşəkar və dostyana kollektiv
Müraciət üçün CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlavə məlumat üçün: +994 55 654 10 01