Core Construction

Şirkət haqqında:
"Core Construction" MMC yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli tikinti, təmir, dizayn işləri həyata keçirib. İlk öncə işlərin keyfiyyət dəyəri rəhbər tutulduğuna görə, şirkətimizin davamlı uğurları bizi tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır.
Azərbaycan Respublikasının qanunlarını və beynəlxalq normaları nəzərə alaraq istehlakçı tələblərinin ödənilməsi öhdəliyini yüksək kefiyyətlə yerinə yetirilir. Həmçinin şirkətimiz ətraf mühitin qorunması, sağlamlıq və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də şirkətin davamlı inkişafına yönəldilmiş proqramların hazırlanmasını həyata keçirir.
Əlaqə vasitələri:
İnsan Resursları Üzrə Menecer
Öhdəliklər:
- İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
- ƏMAS və e-sosial üzərindən bütün əmək münasibətləri əməliyyatlarının həyata keçirilməsi
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
- İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
- Mütəmadi olaraq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Yeni kadrların aktiv şəkildə axtarılması və iş müsahibələrinin düzgün təşkilini həyata keçirdərək uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
- İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
Namizədə tələblər:
- Ali təhsil
- İşgüzar Səfərlərə gedə bilməli
- Müvafiq sahədə təcrübə.
- Əmək qanunvericiliyi üzrə biliklər;
- Yüksək səviyyəli ünsiyyət bacarıqları;
- Microsoft Office proqramları ilə işləmə bacarığı
- Komandada işləmə bacarığı
İş barədə məlumat:
- İş yeri: Elit Park Y/K
- İş vaxtı: 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
CV-lərinizi “İnsan Resursları Üzrə Menecer” başlığı altında Müraciət Et düyməsində qeyd olunan mail-ə göndərməyiniz xahiş olunur.