METAK

Şirkət haqqında:

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat  şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Əlaqə vasitələri:

İxrac satışları üzrə baş mütəxəssis

İşin təsviri

  • Xarici bazarı araşdırmaq, müştəri seqmentlərini müəyyənləşdirmək və analiz etmək;
  • Xarici partnyorlar, müştərilər və distribyutorlarla əlaqələr qurmaq və davamlı ünsiyyətdə olmaq;
  • İxrac üçün tələb olunan bütün sənədləri hazırlamaq və nəzarətdə saxlamaq (faktura, qablaşdırma siyahısı, mənşə sertifikatı, müqavilə şərtləri və s.);
  • Beynəlxalq ticarət qaydalarına, Incoterms-ə və gömrük tələblərinə uyğunluğun təmin edilməsi;
  • Logistika proseslərini (çatdırılma, gömrük rəsmiləşdirməsi və s.) izləmək və əlaqələndirmək;
  • Şirkətin daxili şöbələri ilə (istehsalat, logistika, maliyyə, hüquq) sıx əməkdaşlıq etmək;
  • Xarici satış prosesində maliyyə, hüquqi, logistik və bazar risklərini vaxtında müəyyənləşdirmək və uyğun qabaqlayıcı tədbirlər görmək;
  • Xarici müştərilərlə qiymət siyasəti və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
  • Bazar və müştəri rəyini toplayaraq təklif və məhsulların təkmilləşdirilməsinə dəstək vermək;
  • Şirkəti beynəlxalq sərgilər və tədbirlərdə təmsil etmək;
  • İxrac göstəriciləri və bazar tendensiyaları ilə bağlı mütəmadi hesabatlar hazırlamaq.

Tələblər

  • Ali təhsil (Beynəlxalq Ticarət, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • İxrac və ya beynəlxalq satış sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Beynəlxalq ticarət qanunvericiliyi, Incoterms və gömrük prosedurları haqqında biliklər;
  • Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
  • Güclü ünsiyyət, danışıqlar aparma və planlaşdırma bacarıqları;
  • MS Office proqramlarında və ERP sistemlərində işləmək bacarığı;
  • Analitik düşüncə, diqqətlilik və nəticəyə fokuslanma;
  • Müasir bazar araşdırma metodlarını və məlumat mənbələrini istifadə edərək bazar təhlili aparmaq bacarığı;
  • Zərurət olduqda beynəlxalq səfərlərdə iştirak etmə imkanı;
  • Səliqəli və peşəkar xarici görünüş, şirkəti layiqincə təmsil etmə bacarığı.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap