Sea Breeze Resort & Residences

Şirkət haqqında:
Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və qayıq limanları, fitness zalları, SPA və Anti-Aging Mərkəzi, tennis kortu, futbol meydançası, xilasetmə və tibbi xidmətlər, uşaq şəhərciyi, gecə-gündüz konsiyerj xidməti və daha çox şey. Bütün bunlar Bakının mərkəzindən arabayla 30 dəqiqəlik məsafədədir!
Əlaqə vasitələri:
İnteryer və Eksteryer Dizayner
“Nardaran İnvest” MMC İnteryer və Eksteryer Dizayner vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif təyinatlı interyer,eksteryer (yaşayış, kommersiya, ictimai məkanlar və s.) üçün funksional və estetik dizayn həllərinin hazırlanması;
- Planlaşdırma, material və mebel seçimi, rəng və işıqlandırma həlləri üzərində işləmək;
- 3D vizualizasiya və texniki planların hazırlanması (AutoCAD,Archicad, 3ds Max, Revit,Lumion, SketchUp və s. proqramlardan istifadə etməklə);
- Müxtəlif fasad materialları ilə detallı işləmə bacarığı(düyün və detalların montajını cizgi formada işlənilməsi;
- Baş plana əsasən ərazini 3D görünüşünün hazırlanması və landşaftın dizayn edilməsi;
- Sifarişçi ilə birbaşa ünsiyyət və dizayn təkliflərinin təqdimatı;
- Layihənin icra mərhələsində müəllif nəzarətinin həyata keçirilməsi və işin keyfiyyətinə nəzarət;
- Dizayn sənədlərinin (plan, fasad,kəsik, perspektiv görünüş,fasad detal planı, mebel planı və s.) hazırlanması və spesifikasiyaların,həcmlərin çıxarılması;
- Təmir-tikinti komandası ilə sıx əlaqədə işləyərək, layihənin düzgün tətbiqinə nəzarət etmək;
- Layihə üçün büdcəyə uyğun dizayn həllərinin hazırlanması və təklif olunması;
- Yeni dizayn trendlərinin araşdırılması və layihələrdə tətbiq edilməsi.
Tələblər:
- Memarlıq və ya dizayn sahəsində ali təhsil;
- İnteryer,eksteryer dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilini mükəmməl bilməyi tələb olunur;
- Müasir interyer dizayn trendləri, materiallar və texnologiyalar haqqında bilik;
- Planlaşdırma, vizual təqdimat və texniki sənədlərin hazırlanması bacarığı;
- Yaradıcılıq, estetik zövq, detallara diqqət və güclü vizual təfəkkür;
- Komandada işləmə, vaxt idarəsi və tapşırıqları müstəqil yerinə yetirmə bacarığı.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Könüllü tibbi sığorta.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Portfolio göndərilməsi mütləqdir, əks təqdirdə cv-lərə baxılmayacaq.