Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Veysəloğlu MMC
"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda, "Data Mühəndisi" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə öhdəlikləri:
- Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək
- Şirkətdə BI layihələrinin tətbiqində iştirak etmək;
- Daxili və xarici sistemlərin məlumatlarının yoxlanılması və toplanılması ilə bağlı araşdırmaların aparılmasında və təkliflərin hazırlanmasında iştirak etmək;
- Statistik məlumatların toplanılması istiqamətində təkliflər hazırlamaq və icrasında iştirak etmək;
- Məlumatların inteqrasiya prosedurunun sadələşdirilməsi və digər informasiya ehtiyatlarının inteqrasiyasında iştirak etmək;
- Şirkətin BI analitik sistemlərinə qoşulması üçün istifadəçiləri daxilolma qaydalarına uyğun olaraq giriş hüquqları ilə təmin etmək;
- Şirkətin daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməklik göstərmək;
- Məlumat anbarının (DataWarehouse) formalaşdırılmasında və OLAP (online analytical processing) sistemin qurulmasında iştirak etmək;
- Məlumat anbarının dayanıqlı işləməsinə və məlumatların etibarlı saxlanılmasına nəzarət etmək;
- Məlumatların çıxarılması, transformasiyası və toplanılması (ETL) prosedurunu həyata keçirir və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək;
- Hesabat xarakterli SQL sorğularının hazırlanmasını təmin etmək;
- BigData-nın formalaşdırılmasında, emalında və idarə edilməsində iştirak etmək;
- Bİ layihələrində kənar dəstək şirkətlərini tələb olunan məlumatlarla təmin etmək;
- ETL (extract, Transform, Load) paketlərini formalaşdırmaq, dəyişikliklərini yerinə yetirmək
- Bİ sistemlərinin işini monitorinq etmək;
- Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi
- Sql Server\T-sql üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması)
- Analitik modelin hazırlanması, inkişafı və saxlanılması
- Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi
- DAX üzrə biliklər
- Power BI üzrə təcrübə
- BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi
- Microsoft Fabric üzrə biliklər (Təcrübə üstünlükdür)
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data Mühəndisi” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.