Alfa Audit LLC

Şirkət haqqında:
"Alfa Audit" auditor şirkətinin əsası 2001-ci ildə qoyulmuşdur.
Yaradıldığımiz gündən etibarən hər ötən il ərzində gərgin işlər nəticəsində, şirkətimizin müstəqilliyini artıraraq şəxsi fəlsəfəmizi formalaşdırmışıq. Bu prinsiplərə riayət edərək, "Alfa Audit" şirkəti maliyyə bazarında aparıcı mövqeyi tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə nail olmuşdur. Hal hazırda "Alfa Audit" - Azərbaycanın audit, mühasibat uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir.
"Alfa Audit" şirkəti milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir. Məhz bu xüsusiyyətlər "Alfa Audit" şirkətini Azərbaycanda audit və konsaltinq sahəsində liderlər siyahısına daxil olmaq imkanını yaradıb. Audit və konsaltinq xidmətləri sahəsində yüksək naliyyətlərə müvəffəq olmaq, ilk növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislər sayəsində baş tutması danılmaz bir faktdır.
Əlaqə vasitələri:
Mühasib
Kateqoriya - Mühasibat
Alt kateqoriya - Baş Mühasib
İş barədə məlumat
- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Elektron Vergi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Online kargüzarlıq-E-VHF e- qaime portallardan istifadə etmə bacarığı;
- BTP proqramında (ƏDV, SV, Mənfəət, Əmlak, Torpaq MÖMV, ÖMV, Aksiz, Mədən,) hesabatların tərtib edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Namizədə tələblər
- Yaş - 25 - 45 yaş
- Cins - Fərqi yoxdur
- İş təcrübəsi - 3 ildən 5 ilə qədər
- Peşəkar Mühasib ve ya F3, F7 sertifikatın olması
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan və rus dili bilikləri
- Ünsiyyət qura bilmə bacarığı
İş şəraiti
- Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.
- Şəhər - Bakı
Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.