Pickvisa.az

Şirkət haqqında:
Pickvisa.az dünyanın istənilən ölkələsinə turizm, təhsil və işgüzar səyahət vizalarının alınmasında köməklik göstərir. Pickvisa.az, Pickisa.com - un Azərbaycandakı yerli təmsilçisidir. Viza müraciəti prosesləri mürəkkəb, vaxt aparan və ətraflı yanaşma tələb edir. Şirkətimiz müştərilərinə viza almağa kömək etmək üçün əlindən gələni edir və onların prosesdə iştirakını minimuma endirir. Saytımızın istifadəçi dostu interfeysi, eksklüziv olaraq viza məsələləri üzrə ixtisaslaşma və dünyanın istənilən ölkəsinin viza tələbləri haqqında bütün məlumatlardan ibarət geniş məlumat bazası Pickvisa.com-u xidmət bazarında unikal edir.
Əlaqə vasitələri:
Təcrübəli Viza Mütəxəssisi
İş yeri: Bakı, Azərbaycan
İşə başlama tarixi: Mümkün qədər tez
Pickvisa.az olaraq viza xidmətləri sahəsində təcrübəli və məsuliyyətli Viza Mütəxəssisi axtarırıq. Əgər sən bu sahədə təcrübəyə sahibsənsə və beynəlxalq səyahət prosedurlarını yaxşı bilirsənsə, komandamıza qoşulmaq fürsətini qaçırma!
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif ölkələrin viza tələbləri ilə işləmək və müraciət proseslərini idarə etmək
- Müştərilərə viza sənədlərinin düzgün hazırlanmasında dəstək olmaq
- Viza prosedurları ilə bağlı dəqiq və vaxtında məlumat vermək
- Müraciətlərin vaxtında və düzgün şəkildə tamamlanmasını təmin etmək
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması
Namizəddən tələblər:
- Viza xidmətləri sahəsində azı 1-2 il iş təcrübəsi
- Xarici pasport və sənəd prosedurlarını dərindən bilmək
- Səlist danışıq və yazı qabiliyyəti (Azərbaycan dili mütləq, ingilis və rus dili arzuolunandır)
- Operativlik, dəqiqlik və komandada işləmək bacarığı
- Müştəriyönümlü yanaşma və yüksək ünsiyyət bacarıqları
Təklif etdiyimiz şərtlər:
- Əmək haqqı: 1000-1500 Azn (əmək haqqı + satışa görə bonuslar)
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və dəstəkləyici iş mühiti
- Karyera yüksəlişi və inkişaf imkanları
Müraciət:
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini "Viza Mütəxəssisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.