Oven Food Bakery

Şirkət haqqında:
“OVEN FOOD BAKERY” MMC çörək, qənnadı və qida məmulatlarının istehsalı və satışı ilə məşğuldur.
Əlaqə vasitələri:
İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- İşdən azad olunan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi;
- İş vaxtının rejimi üzrə qrafiklərin Qanunvericiliyin tələblərinə uyğun olaraq effektiv formada qurulması və idarə edilməsi;
- İllik məzuniyyətlərin elektron sistemdə qeydiyyata alınması və təsdiqlənməsi;
- İşdən çıxan işçilərin şəxsi işlərinin arxivlənməsi, ƏMAS altsistemində xitamın icrası, işçilərlə çıxış müsahibəsinin aparılması;
- ƏMAS sistemində və E-gov portalında əməliyyatların icra edilməsi;
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqlarının və əmək müqavilələrinin hazırlanması;
- İşçilərin şəxsi işlərinin yenilənməsi və dəyişikliklərin müntəzəm olaraq aparılması;
- Məlumat bazasının mütəmadi yenilənməsi;
- Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
- Məzuniyyət və əmək qabiliyyətinin itirilməsi üzrə müvafiq hesablamaların hazırlanması;
- Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
- Kadr ehtiyat bazasının yaradılması və yenilənməsi;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması.
Namizədə olan tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə)
- İnsan Resurslarını haqda nəzəri və praktiki biliyə sahib olması;
- Azərbaycan dili əla, ingilis dili biliyi yaxşı səviyyədə;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Microsoft Office (Word/Excel/PowerPoint)
- Əmək Qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- Güclü qərar qəbul etmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı.
- Problem həll etmə bacarığı.
İş şəraiti
- İş qrafiki: I-VI günlər;
- Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
- Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.