Honours Academy

Şirkət haqqında:
Əlaqə vasitələri:
Sales and Business Operation (SBO)
“Honours Academy” özünün “Sales and Business Operation (SBO)” departamentinə müştəri yönümlü, analitik və nəticə əsaslı düşünən “B2B Sales and Operations Specialist” axtarır.
Bu vəzifədə sizin əsas rolunuz B2B müştəri bazasının genişləndirilməsi, satış imkanlarının inkişaf etdirilməsi və əməliyyat proseslərinin optimallaşdırılması vasitəsilə şirkətin böyüməsinə töhfə vermək olacaq
Əsas vəzifə öhdəlikləri:
- Potensial B2B tərəfdaşların və müştərilərin müəyyən edilməsi, əlaqələrin qurulması və davamlı inkişafı
- Tələbə yönümlü təlim məhsullarının şirkətlərə təqdim olunması və uyğun həllərin təklif edilməsi
- Müştəri görüşləri, təqdimatlar və satış danışıqlarının təşkili və aparılması
- Satış prosesinin bütün mərhələlərinin idarə olunması: ilkin əlaqə, ehtiyacların analizi, təklif hazırlanması, müqavilə bağlanması və satış sonrası izləmə
- Müştəri məlumatlarının və əməliyyat proseslərinin CRM sistemində dəqiq və sistemli şəkildə idarə olunması
Əməliyyatların effektiv icrası üçün daxili komandalarla əməkdaşlıq - Müştəri məmnuniyyətinin ölçülməsi, rəy toplanması və xidmətlərin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması
- Satış göstəricilərinin analizi və dövri hesabatların hazırlanması
- Rəqib təhlillərinin aparılması və satış strategiyalarının yenilənməsi üzrə təkliflərin verilməsi
Tələblər:
- Ali təhsil (vəzifəyə uyğun ali təhsil üstünlükdür)
- Yüksək təqdimat, yazılı və şifahi ünsiyyət bacarıqları
- Analitik düşüncə, nəticəyə fokuslanma və təşəbbüskarlıq
- Komanda ilə əməkdaşlıq və müxtəlif maraqlı tərəflərlə əlaqə qurmaq bacarığı
Biz nə təklif edirik?
- Strateji satış imkanlarının birbaşa formalaşdırılmasına təsir etmək imkanı
- Böyüməkdə olan təşkilatda dinamik və innovativ mühit
- Yüksək motivasiyalı komanda ilə əməkdaşlıq imkanı
- Peşəkar inkişaf və təlim imkanları
- Təcrübə və bacarığa uyğun rəqabətqabiliyyətli əmək haqqı və performansa əsaslanan bonus sistemi (ətraflı məlumat müsahibə zamanı təqdim olunacaq)
Müraciət qaydası: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “B2B Sales and Operations Specialist” yazmağınız xahiş olunur. Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.