QA/QC mühəndisi (Mexaniki işlər)
İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün
STV Engineering Bakı şəhərində həyata keçirilən tikinti layihələri çərçivəsində Mexaniki işlər üzrə QA/QC mühəndisi vəzifəsinə təcrübəli və sənədləşmədə güclü peşəkar axtarır. Namizəd HVAC, santexnika, yanğından mühafizə sistemləri və digər mexaniki işlərin layihəyə, spesifikasiyalara və beynəlxalq keyfiyyət standartlarına uyğun icrasına nəzarət etməlidir.
Əsas vəzifələr:
- HVAC, santexnika, drenaj və yanğın söndürmə sistemləri üzrə sahədə texniki və keyfiyyətə nəzarətin həyata keçirilməsi
- ITP-lər, metod bəyanatları, yoxlama siyahıları, NCR-lər, MIR-lər və digər QA/QC sənədlərinin hazırlanması
- Quraşdırılmış sistemlərin layihə və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması
- Materialların və avadanlıqların texniki tələblərə uyğunluğunun yoxlanması və qəbul aktlarının hazırlanması
- Funksional testlər, sınaq və təhvil proseslərinə texniki nəzarət
- Subpodratçılar və layihə komandası ilə koordinasiyalı iş
- As-built sənədlərin hazırlanması və yoxlanması
- Daxili və xarici auditlərdə iştirak və keyfiyyət hesabatlarının təqdim edilməsi
Tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Tikinti sahəsində mexaniki sistemlər üzrə minimum 5 il QA/QC təcrübəsi
- HVAC, santexnika və yanğın söndürmə sistemləri üzrə texniki biliklər
- Beynəlxalq və yerli standartlar (ASHRAE, NFPA, EN, SNIP və s.) üzrə məlumatlılıq
- AutoCAD, MS Office və texniki sənədlərlə işləmə bacarığı
- Keyfiyyət sənədlərinin idarə edilməsi və texniki nəzarət üzrə təcrübə
- Sahədə problemlərin müəyyən edilməsi və həll yollarının təklif olunması
- Dəqiq, məsuliyyətli və analitik düşüncəyə malik olmaq
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Mexaniki işlər) – [Sizin Adınız]” qeyd olunmalıdır