Baku Bus

Şirkət haqqında:

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir.

Cəmiyyətin əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır.

Əlaqə vasitələri:

Texnik (qaraj infrastrukturunun təmiri üzrə, Gəncə)

Texnik (qaraj infrastrukturunun təmiri üzrə) vəzifəsinə işçi tələb olunur (Gəncə şəhəri)

Vəzifə öhdəlikləri:

  • Ofis və inzibati binalarda quraşdırılmış avadanlıqların texniki vəziyyətinə nəzarət etmək;
  • Lazım gəldikdə sadə texniki nasazlıqları yerində aradan qaldırmaq;
  • Ərazidə yerləşən qazanxana, su anbarları və texniki binalara mütəmadi olaraq baxış keçirmək;
  • Qazanxanada su və qaz təzyiqinə nəzarət etmək, sərfiyyatın gündəlik qeydiyyatını aparmaq və sabitliyini izləmək;
  • Aşkar edilən nasazlıqları vaxtında rəhbərliyə bildirmək və onların aradan qaldırılmasına dair tədbirlər görmək;
  • Gündəlik və aylıq texniki hesabatların hazırlanması, qeydiyyat formalarının düzgün və dəqiq doldurulması;
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına tam şəkildə riayət etmək.

Vəzifə tələbləri:

  • Ali və ya texniki orta ixtisas təhsili; 
  • Texniki avadanlıqlarla işləmək üzrə minimum 1 il iş təcrübəsi (qazanxana, nasos, təzyiq, su sistemi və s. sahələr üzrə);
  • Qazanxana sistemləri, su təchizatı, qaz xətləri və digər kommunal sistemlər üzrə bilik və bacarıqlar;
  • Avadanlıqlara texniki baxış, texniki xidmət və planlı profilaktik tədbirlərin həyata keçirilməsi bacarığı;
  • Texniki ölçmə cihazları və nəzarət alətləri ilə işləmə bacarığı;
  • Yüksək məsuliyyət, dəqiqlik və çevik qərarvermə bacarığı
  • Stressə davamlı və gərgin iş rejimində işləmək bacarığı;
  • Fərdi və komanda ilə işləmə bacarığı;

İş şəraiti:

  • İs yeri: Gəncə şəhəri;
  • İş vaxtı: növbəli iş qrafikinə uyğun;
  • Peşəkar,mehriban komandada iş;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap