METAK

Şirkət haqqında:
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Əlaqə vasitələri:
Planlaşdırma üzrə Təcrübəçi
İşin təsviri
- Satış proqnozları, planlar və əvvəlki dövrlərə aid məlumatların təhlili, bu məlumatların dövri olaraq yenilənməsində iştirak etmək;
- Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinə davamlı nəzarət etmək;
- İstehsalatın gündəlik izlənilməsi və planların yerinə yetirilməsinə nəzarət etmək;
- Məhsul reseptləri və avadanlıqların istehsal gücləri barədə məlumatların təhlili və onların düzgün istifadəsinə nəzarət etmək;
- ERP proqramında istehsalat proseslərinə aid məlumatların düzgünlüyünə nəzarət etmək və yenilənmələri vaxtında həyata keçirmək;
- ERP sisteminə məlumatların daxil edilməsi və yenilənməsi;
- Planlama üçün tələb olunan sənədlərin və məlumatların düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Tələb olunan əlavə əməliyyatları yerinə yetirmək və aidiyyəti əməkdaşlara texniki dəstək göstərmək.
Tələblər
- Ali təhsil;
- Yüksək riyazi biliklərə malik olmaq;
- Analitik hesabatların hazırlanması bacarığı;
- İstehsalat prosesləri barədə anlayışa malik olmaq;
- Mal-material dövriyyəsini idarəetmə bacarığı;
- Vaxtın effektiv idarə edilməsi bacarığı;
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olmaq;
- Komanda ilə işləmək və ünsiyyət bacarıqlarına sahib olmaq.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma
- Əmək haqqı - Danışıq əsasında
- İş yeri - Bakı - Dərnəgül
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.