Amper Energy

Şirkət haqqında:
Amper Energy elektrik enerjisi sahəsində qabaqcıl həllər təklif edən şirkətdir. Biz elektrik panolarının yığılması, quraşdırılması və texniki xidməti üzrə yüksək keyfiyyətli xidmət göstəririk.
Əlaqə vasitələri:
Texniki Satış üzrə Mütəxəssis (Elektrik Panoları üzrə)
Vəzifə öhdəlikləri:
- Elektrik panolarının daxilinə yığılan bütün komponentlərin (avadanlıq, kabel, aksesuar və s.) texniki və maliyyə baxımından qiymətləndirilməsi
- İşçilik xərclərinin hesablanması və yekun təklif formasında müştəriyə təqdim edilməsi
- Layihələr üzrə təkliflərin hazırlanması və satış komandası ilə koordinasiyalı işləmək
- Təchizatçılarla qiymət və stok mövzusunda əlaqədə olmaq
Tələblər:
- Xanım namizədlərə üstünlük verilir
- Elektrik mühəndisliyi və ya əlaqəli sahədə təhsil
- Elektrik panoları və aşağı gərginlikli sistemlər üzrə minimum 2 il təcrübə
- Texniki sənədlərlə işləmə bacarığı
- Qiymət analizi və kommersiya təkliflərinin hazırlanmasında təcrübə
- MS Excel və AutoCAD bilikləri üstünlükdür
Təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı
- Peşəkar və dost kollektiv
- Peşəkar inkişaf və təlim imkanları
İş yeri - Quba rayonu, Vel-Vele
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün +994503067100 ilə əlaqə saxlaya bilərsiniz.