Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
SMM Mütəxəssisi
Tələb olunan bilik və bacarıqlar:
- Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil.
- Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan və rus dili sərbəst ,ingilis dili üstünlükdür
- Punktual, kreativ və innovativ olmaq
- Geniş marketinq bilikləri və müxtəlif kanallarda (xüsusilə digital marketinq) uğurlu kampaniyaların idarə edilməsi təcrübəsi.
- Sahəsinə dair yaradıcı təkliflərin irəli sürülməsi
- Yaradıcı kontent və mətnlər hazırlaya bilməli
Əsas vəzifə öhdəlikləri:
- Sosial Media hesabları üçün SMM təlimatlarını təhlil edərək onları yaradıcı və hədəf kütləsinə uyğun kontent ideyalarına çevirmək.
- Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
- Postlar üçün müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
- Kontentləri hazırladıqdan sonra dizaynerlərə ötürmək və nəticələrə nəzarət etmək.
- Video çəkilişlər etmək və editləmək
- İnsert jurnal üçün məqalə, interview yazmaq
- Səhifənin aktivliyini artırmaq üçün müsabiqə təşkil etmək, sponsor tapmaq, hədiyyə paketi hazırlamaq, müsabiqəni keçirib qalib seçmək.
- Influencerlərlə əməkdaşlıq
- PR layihələrin təşkilində dəstək.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.