Saffron Group

Şirkət haqqında:
Hazırda 27-dən çox brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, Pan-Asiya, Avropa, Meksika, Ərəb və Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, “BigChefs” və “Pidem” kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir.
Məqsədimiz yerli və dünya mətbəxinin ən ləziz nümunələrini qonaqlarımıza ən gözəl şəkildə təqdim etmək, eyni zamanda sevdiklərinin çevrəsində xoş zaman keçirmələrini təmin etməkdir. Daim yeniliklərə və inkişafa açıq olan personalımız mütəmadi olaraq yeni layihələr üzərində çalışır. Bunun nəticəsidir ki, ildən-ilə yeni brendlərimiz və konseptlərimizlə müştərilərə xidmət sahəmizi genişləndirmişik. Lakin bununla da yetinmir, müştəri ehtiyaclarına və bazar tələblərinə uyğun yeniliklər və inkişaf üzərində çalışırıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Nuş olsun!
Əlaqə vasitələri:
Duty Manager-Əməliyyat növbətçisi (Dalğa Light)
Vəzifə öhdəlikləri:
- Əməliyyat proseslərinin (beach, aquapark, restoran və s.) gündəlik idarə edilməsi;
- Növbə zamanı işçi heyətinə rəhbərlik və motivasiya edilməsi;
- Müştəri məmnuniyyətinin təmin olunması və operativ şikayətlərin həlli;
- Nəzarət sistemlərinin (TNG və POS) effektiv istifadəsi;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Operativ qərarvermə və böhran vəziyyətlərində idarəetmə.
Namizədə olan tələblər:
- Əməliyyat sahəsində minimum 2-3 illik təcrübə (beach, aquapark, restoran və ya açıq hava obyektlərində təcrübə üstünlükdür)
- Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri
- Azərbaycan və Rus dillərində sərbəst, İngilis dilində isə orta səviyyədə ünsiyyət bacarığı
- Yüksək stresə davamlılıq və tez qərarvermə qabiliyyəti
- Müştəri yönümlü düşüncə və xidmət mədəniyyəti
- TNG və POS sistemləri üzrə baza biliklər
- MS Office proqramlarında işləmək bacarığı (Excel, Word, Outlook və s.)
İş yeri: Mərdəkan
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.