Growth Consulting Services

Şirkət haqqında:
Growth Consulting Services MMC, real bazarın müxtəlif sferalarında uzun müddət zamanın sınağından çıxmış cox təcrübəli əməkdaşları olan bir komandayıq. Əməkdaşlarımız 10 ildən çox iş təcrübəsinə və öz sahəsində spesifik biliklərə malik mütəxəsislərdir. Gördüyümüz xidmətlərin keyfiyyəti ilə müştərilərimizi tam məmnun edirik. Siz də bizim komandaya qoşulun.
Bilirsiniz mi, maliyyə sanksiyalarından, vergi cərimələrindən uzaq olmaq üçün muhasibat uçotunun düzgün qurulması, hesabatların müvafiq məcəllələrə uygun düzgün və vaxtında verilməsi əsas şərtdir. Düzgün uçot cərimələrdən kənar olmaq deməkdir.
Şirkətin stratejik yol xəritəsinin seçimi üçün maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (İFRS) uygun olmalıdır. Belə ki, Mənfəət və Zərər hesabatı, Nəğd pul axını hesabatı, Balans hesabatı , maya dəyərinin kalkulyasiya olunması şirkətin stratejik qərarlarının verilməsində ən başlıca amillərdəndir. Biz sizə maliyyə hesabatlarınızı təqdim edək, Siz şirkətinizin stratejik qərarlarını verin!
Şirkətlərin ən həssas yerlərindən biri də işçi seçimi və onun idarə olunmasıdır. İşçilərin seçimi, vəzifə öhdəlikləri, təlim keçirilməsi və karyera planlaşdırmasında sizə ən yaxından kömək edərik.
Əlaqə vasitələri:
Əməliyyatlar üzrə mühasib
İş barədə məlumat
- EQ göndərmək
- Ölkədaxili,ölkə xarici,budcə,əmək haqqı
- Ödənişlərinin həyata keçirilməsi
- Müqavilələrin hazırlanması
- Qiymət razılaşma protokolu,invoice,təhvil-təslim aktlarının yazılması
- Əmək haqqı kartlarının sifariş edilməsi
- Biznes kartlarının sifaris edilməsi
- Bank hesablarindan çıxarışların çıxarılması
- Əmək haqqı namizədin bilik,bacarıq və - Təcrübəyə əsasən qarşılıqlı razılaşma müəyyənləşdiriləcək.
- Rəhbərliyin göstərişinə əsasən lazım olan işləri yerinə yetirmək
Namizədə tələblər:
- Ali təhsilli
- Excellə işləmək bacarığı
- Portallarda işləmək bacarığı (new.e-taxes.gov.az,ecustoms.gov.az,afsa.gov.az və s.)
- Operativ və cəld
- Müştərilərin tapşırıqlarını vaxtında səhvsiz və cəld - İcra etmək bacarığı
- Problemlərin həll edilməsi bacarığı
- Rus dilli və ingilis dilini bilənlərə üstünlük veriləcək.
Bacarıq və səriştələr:
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
- Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
- Problemləri həll etmə bacarığı olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə - 0502353599