VMF

Şirkət haqqında:
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.
Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.
VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.
Əlaqə vasitələri:
Xadimə
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Nəriman Nərimanov prospekti
- İş qrafiki: Həftədə 6 gün( 08:00- 14:00)
- Əmək haqqı: 400-450 Azn
Vəzifələr:
- Ofis və istehsalat sahələrinin təmizlənməsi
- Təmizlik avadanlıqlarından düzgün istifadə
- Gigiyenik qaydalara ciddi riayət
- Zibilin vaxtında çıxarılması və sahələrin daim səliqəli saxlanılması
Tələblər:
- İşində məsuliyyətli və dəqiq
- Təmizlik sahəsində təcrübə üstünlükdür
- Fərdi və komanda ilə işləmə bacarığı
- Nizam-intizam və etibarlılıq
- Yas 25-40
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 050 257 80 36