By Telecom

Şirkət haqqında:
Bytelecom şirkəti 2011-ci ildən etibarən Azərbaycanın mobil telefon bazarının ən etibarlı və dinamik brendlərindən olan dünyaca məşhur olan firmaların orijinal aksesuarları və elektron məhsullarının satışını təşkil edir. Qarşıdakı illərdə Azərbaycanda ən geniş mağazalar şəbəkəsinə malik olmağı hədəfləyən Bytelecom, müştərilərinə müxtəlif növ telefonları münasib qiymətə nağd və ya sərfəli kredit şərtləri ilə təklif edir. Bir çox dünya brendlərinin elektronik məhsullarının Azərbaycanda satışını həyata keçirir. Mövcud bazar şəraitinə yeni bir səs gətirməyə hazırlaşan Bytelecom, tezliklə daha böyük əraziləri əhatə etməyi planlaşdırır. Münasib qiymət strategiyası, sərfəli kredit şərtləri ilə şirkət bazarda qısa bir müddət ərzində alıcı kütləsinin diqqətini cəlb etmiş və məhsulların kütləvi satışına başlamışdır.
Əlaqə vasitələri:
Məişət Texnikası üzrə Kateqoriya Meneceri
İş şəraiti
- İş yeri: Bakı
- Əmək haqqı: 1000 AZN + bonus%
- İş rejimi: Tam ştat
Tələblər:
- Məişət texnikası sahəsində minimum 3 il iş təcrübəsi
- Məhsul və brendləri dərindən tanımaq
- Analitik düşüncə və bazar araşdırması aparmaq bacarığı
- Filiallardakı məişət texnikası stokuna nəzarət və sifarişlərin düzgün planlaşdırılması
- Komanda ilə işləmə və məsuliyyətli yanaşma
Vəzifələr:
- Məişət texnikası kateqoriyasının idarə olunması
- Satış və stok analizlərinin aparılması
- Bazar tendensiyalarına uyğun məhsul seçimləri
- Filiallardan gələn tələblərə uyğun sifarişlərin formalaşdırılması və izlənməsi
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.