AzəriMed QSC

Şirkət haqqında:
Azəri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.
Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med QSC Roche Diagnostics, Pfizer Export B.V, Novartis Pharma Services AG, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Milli apteklər zənciri ilə qabaqcıl müştəri-yönümlü sağlamlıq şirkəti olmaq kimi ortaq bir hədəf ətrafında birləşmişik. Dəyişən istehlakçı ehtiyaclarına əsaslanaraq inkişaf edir və 170-ə yaxın apteklərimiz sayəsində vətəndaşlarımıza olduqları hər yerdə xidmət göstəririk .
İnnovasiya və inkişaf, etibarlılıq, humanizm Azəri Med QSC-nin əsas dəyərləridir və məqsədimiz hər kəsin rahat şəkildə əldə edə biləcəyi yüksək keyfiyyətli yeni və çoxşaxəli tibbi məhsullar təklif etməkdir.
Əlaqə vasitələri:
Elektrik
Tələblər:
- Təhsil: Elektrik sahəsi üzrə təhsil haqqında sənəd və ya sertifikat;
- Təcrübə: Elektrik sahəsində iş təcrübəsi;
- Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və müasir elektrik qurğularının quruluşunu, müasir elektrik materiallarının xüsusiyyətlərini və onlardan istifadə qaydalarını bilməli;
- Məsulliyyətli, intizamlı və komandada işləmək bacarığı;
- Ezamiyyətə getmək imkanı olmalı.
Vəzifə öhdəlikləri:
- Vəzifə funksiyalarını və rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
- Enerji qurğularının və avadanlıqların enerji təsərrüfatının fasiləsiz işini təmin etmək;
- Avadanlıqlarla bağlı yaranmış nasazlıqları aradan qaldırmaq;
- Avadanlıqların texniki baxışını həyata keçirmək.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 1013 AZN (Gross)
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Elektrik” qeyd etməklə qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz