Ram Holding

Şirkət haqqında:
RAM Holdinq QSC-yə aid şirkətlərin fəaliyyəti 2005-ci ildən başlayır. Holdinqə aid 10-da artıq şirkət Azərbaycan Respublikası ərazisində və respublikanın hüdudlarından kənarda fəaliyyət göstərməklə 6 fərqli sektoru əhatə edir. Holdinq Azərbaycanda inşaat sektorundan kənd təsərrüfatı sektoruna, maliyyə sektorundan səhiyyə sahəsinə, nəqliyyatdan pərakəndəçiliyə qədər müxtəlif sahələri əhatə edən və öz ənənələri, dəyərləri, xidməti və keyfiyyəti ilə istər şirkətlər, istərsə də fərdi sahibkarların etibarını qazanmış bir şirkətlər ailəsidir. Qürurla deyə bilərik ki, bu ailəyə daxil olan bir neçə şirkət fəaliyyət göstərdiyi sektorda lider şirkətlərdəndir və onların hər biri öz bazarlarının inkişafında mühüm rollardan birini oynayır. Şirkətlərimizin əldə etdikləri uğurlar holdinqin bütün potensialının vahid və səmərəli inkişaf strategiyası ətrafında birləşərək, məqsədyönlü və planlı fəaliyyətin, texnologiyaların son nailiyyətlərinin doğru tətbiqinin, eləcə də effektiv idarəetmə sisteminin nəticəsidir. RAM Holding etibarlı tərəfdaşdır.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadi sahədə üstünlükdür);
- Müvafiq sahədə 1-3 illik iş təcrübəsi;
- MS Office proqramları (xüsusi ilə Excel) ilə işləmək bacarığı;
- Satınalma sahəsində hər hansı sertifikatın olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Daxil olan sifarişlərə əsasən daxili bazarı araşdırır;
- Daxil olan sifarişləri qiymətləndirir, sifarişçi ilə dəqiqləşdirir, əldə edilən məlumatı Rəhbərinə təqdim edir;
- Tender təkliflərinin hazırlanması məqsədi ilə daxil olan sorğulara əsasən qiymət ararşdırmasını aparır;
- İstehsalçılar/təchizatçılarla danışıqlar aparır, tələb olunan material resursları ən sərfəli şərtlərlə (keyfiyyət standartları, qiymət, çatdırılma şərtləri) alınması barədə razılıq əldə edir;
- Ayrılmış təhtəl hesablarla bağlı hesabatların prosedura uyğun aparır;
- Kontragentlərlə bağlı hesabatların daxili prosedura uygun olaraq aparılmasını təmin edir.
İş şərtlərimiz:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Servis xidməti mövcuddur;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.