Konsis

Şirkət haqqında:
Yazılı və şifahi tərcümə xidmətləri, eləcə də tədbir təşkilatçılığı üzrə aparıcı şirkətlərdən biri olan KONSİS Group.
Unudulmaz tədbirlərin təşkili ilə sizi hədəflərinizə bir addım da yaxınlaşdırırıq
Müştərilərimizin tədbirlərini ən maraqlı şou, müasir səhnə avadanlığı və talantlı komanda ilə reallaşdırırıq
Əlaqə vasitələri:
Mexanik
Hazırda şirkətimizə Mexanik vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər:
- Texniki peşə təhsili və ya müvafiq ixtisas (mexanika üzrə);
- Mexaniki, pnevmatik və hidravlik sistemlər haqqında biliklər;
- Texniki sənədlərlə işləmə bacarığı;
- Təmir və montaj alətlərindən istifadə bacarığı;
- Komandada işləmək və məsuliyyətli olmaq.
Vəzifə və Öhdəliklər:
- Avadanlıqların, maşınların və qurğuların texniki vəziyyətini gündəlik yoxlamaq;
- Planlı təmir işlərini vaxtında həyata keçirmək və sənədləşdirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- İstehsalat prosesində istifadə olunan texniki sənədləri və avadanlıq pasportlarını oxumaq və tətbiq etmək;
- Enerji daşıyıcılarının (hidravlik, pnevmatik, elektrik) normal fəaliyyətini nəzarətdə saxlamaq;
- İstehsalat zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- İstehsalat rəhbərinə görülən işlər barədə hesabat təqdim etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.