Rapid Services Azerbaijan LLC

Şirkət haqqında:
Rapid Services Azerbaijan LLC was established to provide high-quality products and services to crucial business sectors such as Oil&Gas, Renewable Energy, Mining, Construction, Industrial, Agricultural etc. Growing into a global company, we offer innovative products and services at low prices and with on time delivery, while standing as a trusted partner committed to international standards and customers' needs.
To be a respected and reliable service and product supplier in the fields that contributes to the national economy by combining modern and high-tech supply chain with qualified workforce according to international and national standards. To be a leader in the local and global market in the Innovative Solutions to Oil&Gas and Energy sectors we serve. To be a modern international enterprise that will supply customer demands at the qualified level in efficiency and minimized costs by setting up Supply Chain and Maintenance Control System.
To create a culture of continuous improvement throughout core areas of our business.
Əlaqə vasitələri:
Smeta mühəndisi
Vəzifə öhdəlikləri:
- Layihə sənədləri və FHN-in təsdiqlədiyi resurs smetası əsasında ilkin və yekun tikinti smetalarının hazırlanması;
- Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi;
- Layihə çərçivəsində büdcə risklərinin müəyyən edilməsi və smeta dəyərinin risk analizləri ilə uyğunlaşdırılması;
- Layihə spesifikasiyaları ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması;
- Smetaya dair dəyişikliklərin sənədlərə vaxtında və düzgün şəkildə inteqrasiyası;
- Podratçı və ya üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilən smetaların texniki və normativ uyğunluq baxımından yoxlanılması və arayışların hazırlanması;
- Tikinti sahəsində faktiki iş həcmlərinin və materialların ölçülməsi, cədvəl və hesabatların tərtibi;
- Tikinti-quraşdırma və təmir işlərinin real bazar qiymətləri ilə qiymətləndirilməsi;
- Tikinti obyektlərinin yenidən qurulması və ya təmir olunması üçün titul vərəqələrinin hazırlanmasında iştirak;
Namizədə tələblər:
- Ali təhsil (İnşaat, tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə);
- Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 5 il iş təcrübəsi;
- Qüvvədə olan smeta hesablama qaydaları, tikinti normativləri və metodiki göstərişləri mükəmməl bilmək;
- FHN-in resurs smeta sistemində sərbəst işləmək bacarığı mütləqdir;
- Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
- Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD, 1C, Smeta+, Resurs smeta və digər profil proqram təminatları.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı işçinin təcrübəsinə əsasən müsahibə əsasında müəyyən olunacaqdır.