Vergi üzrə mütəxəssis
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
- 1C 8.3 biliyi;
- Azərbaycan dili biliyi mütləqdir (Rus dili biliyi üstünlükdür);
- Sertifikatlar: PMS ACCA F3;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Fərdi və komanda tərkibində işləmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- ƏDV, Mənfəət Vergisi, Əmlak vergisi, Vahid bəyənnamə, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması ;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
- Təxirə salınmış vergilərin hesablanması;
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
- Audit yoxlamaları zamanı auditorlara lazımi sənədlərin təqdim olunması;
- Online kargüzarlıqların və kameral məktubların gündəlik izlənməsi;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.