ABV
Şirkət haqqında:
Əsası 1993-cü ildə qoyulan “Araznet" MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu tərəfdaş funksiyasını icra edirik.
Peşəkar komandamız məhsullarımıza aid istənilən layihədə uyğun həllərin hazırlanmasında sizə daim öz dəstəyini göstərir.
Mağazamızda nəzarət kameraları(IP, termal, analog), videoqeydiyyat cihazları, videoserverlər, girişə nəzarət sistemləri, rəqəmsal domofonlar, siqnalizasiya sistemləri, maneə və keçid sistemləri, yanğından mühafizə sistemləri, üst geyim və baqaj yoxlama sistemləri, səsli xəbərdarlıq sistemləri, müxtəlif tipli UPS-lər və akkumlyatorlar, proyektorlar, monitorlar, LED ekran və videodivarlar, modem, switch və kommutatorlar, falşpol, kabel və kabel daşıma sistemləri, rack kabinlər, IP telefonlar, oğurluq əleyhinə sistemlər, satışa nəzarət sistemləri, printerlər, yaddaş qurğuları, kompüter aksesuarları və peşəkar alətlər var.
Daim yenilənən anbarımızda bütün məhsulları qısa zaman ərzində əldə edə bilərsiniz.
Əlaqə vasitələri:
Satınalma və logistika üzrə kiçik mütəxəssis
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Bazarın təhlili, tələb olunan məhsulların xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlərin vaxtında təqdim olunması).
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi 1-2 il;
- Kompüter bilikləri -MS Office;
- Dil bilikləri: Azərbaycan, rus və ya ingilis (yaxşı səviyyədə);
- Riyazi bacarıqları üstünlükdür.