Ideovate Consulting
Şirkət haqqında:
Maliyyə xidmətləri sahəsində yardımçı xidmət göstəririk.
Əlaqə vasitələri:
Elektrik
GLOBALLY SOFT MMC - Şirkətin fəaliyyəti: pet plastik butulkaların təkrar emalı
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Zığ yolu küçəsi, Gəncə Prospekti 749
- İş rejimi: həftənin 6 günü
- İş saatları: 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1000-1100 manat aralığında
Vəzifə öhdəlikləri:
- 400-600 kv-luq elektrik avadanlıqlarının və sistemlərinin səmərəli və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Suyu istitmə və soyutma adanlıqlarında, qramulyator, kompressor aparatlarında elektrik sistemlərinin yoxlanılması, təmiri və texniki xidmətini təşkil etmək;
- Yeni elektrik avadanlıqlarını quraşdırmaq, istismara vermək və tənzimləmək;
- Müvafiq sınaq cihazlarından istifadə edərək elektrik problemlərini aradan qaldırmaq;
- Avadanlıqları, elektrik naqillərini və qurğuları təmir etmək və dəyişdirmək;
- Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;
- Elektrik keçiricilərin təhlükəsizliyinə nəzarət etmək, qısaqapanmanın yaranmaması üçün lazımi tədbirlər görmək;
- Elektrik avadanlıqlarının və sistemlərinin effektivliyini artırmaq məqsədilə müvafiq texniki tədbirlər hazırlamaq;
- Ehtiyat hissələrinin idarə edilməsi və satın alınması üçün müvafiq hesabatlar hazırlamaq;
- İstehsal prosesi və elektrik avadanlıqları ilə bağlı maarifləndirici tədbirlər təşkil etmək;
- Elektrik avadanlıqlarının müayinəsi, təmiri və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq və mütəmadi olaraq rəhbərliyə təqdim etmək;
- Şirkətin daxili qaydalarına ciddi əməl edilməsi;
- Texniki-təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi;
- Rəhbərliyin işlə bağlı tapşırıqlarının vaxtında icra edilməsi.
Namizəddən tələblər:
- Vətəndaşlığı: Azərbaycanlı
- Cins: Kişi
- Təhsil səviyyəsi: Sahə üzrə peşə ali təhsili
- Yaş həddi: 25-55 aralığı
- İşində müntəzəm və dəqiq olmalıdır.
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron ünvanına göndərə və ya +994102650834 nömrəsi ilə əlaqə saxlaya bilər.