Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri
STP BTECH MMC, Azərbaycan’da yol nişanlarının istehsalı, quraşdırılması və yol xəttlərinin çəkilməsi sahəsində fəaliyyət göstərən ən böyük şirkətdir.
Şirkətimizin istehsal etdiyi məhsulların və göstərdiyi xidmətlərin keyfiyyətini daha da artırmaq və müştəri məmnuniyyətini maksimum səviyyədə təmin etmək məqsədilə Keyfiyyətə Nəzarət Şöbəsinin yaradılmasına qərar verilmişdir. Bu şöbə istehsal, quraşdırma və tətbiq proseslərinin yerli standartlara, şirkətdaxili təlimatlara və imzalanmış müqavilələrdə nəzərdə tutulan keyfiyyət tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətə məsul olacaq.
Vəzifə Öhdəlikləri:
- Keyfiyyətə Nəzarət Şöbəsinin təşkili və gündəlik fəaliyyətinin idarə olunması;
- Yerli standartlar və müştəri tələbləri nəzərə alınmaqla şirkətdaxili keyfiyyət standartlarının hazırlanması və tətbiqi;
- İstehsalat və quraşdırma proseslərinin monitorinqi və uyğunluğunun təmin edilməsi;
- Şöbənin fəaliyyətini tənzimləyən zəruri prosedur və siyasətlərin hazırlanması;
- Keyfiyyətə Nəzarət Laboratoriyasının yaradılması və işə salınması, laboratoriyanın fəaliyyətinin əsaslarının müəyyən edilməsi
- İşçi heyətinin formalaşdırılması və peşəkar inkişafının təmin olunması;
- Keyfiyyət pozuntularının analizi və aradan qaldırılması üçün düzəldici və qabaqlayıcı tədbirlərin hazırlanması və tətbiqi;
- Bənzər işlərdə keyfiyyətlə bağlı xarici standartların və tətbiqlərin araşdırılması və öyrənilməsi
Tələblər:
- Ali texniki təhsil (Mühəndislik və ya uyğun ixtisas üzrə);
- Keyfiyyətə nəzarət və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi (yol tikintisi, montaj sənayesi və ya oxşar sahədə təcrübəyə üstünlük verilir);
- Beynəlxalq və yerli keyfiyyət standartları ilə (ISO 9001, AZS və s.) işləmək bacarığı;
- Güclü təşkilatçılıq və idarəetmə bacarıqları;
- Komanda ilə işləmə və rəhbərlik təcrübəsi;
- Yüksək peşəkarlıq və məsuliyyət hissi.
- Keyfiyyətə Nəzarət Şöbəsinin qurulmasında əvvəlki təcrübəyə malik namizədlərə üstünlük veriləcək.
Təklif Olunur:
- Rəqabətədavamlı, motivasiyaedici əmək haqqı;
- Nəqliyyat və yemək təminatı;
- Tibbi sığorta;
- Peşəkar təlimlərdə iştirak imkanı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.