ArchiCO

Şirkət haqqında:
ArchiCO MMC 2009 –cu ildə yaranmışdır. İlkin illərdə layihə-mühəndislik xidmətləri həyata keçirən Şirkətimiz, az sonra tikintilərdə müstəqil texniki nəzarət – inspeksiya xidmətlərini və ümumi tikinti xidmətlərini göstərməyə başladı.
Tikinti bazarında fəaliyyət göstərdiyimiz 10 il ərzində özümüzü operativ, yenilikçi və Sifarişçi yönümlü olduğumuzu sübut edə bildik. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən böyük mühəndislik və tikinti Şirkətlərindən birinə çevrilmişdir.
Hal hazırda Şirkətimizdə 2 mindən artıq insan çalışır. İşə münasibətimiz, hər zaman novator ideyaların tədbiqi, əməkdaşlarımıza olan münasibət və bu kimi digər faktorlar ArchiCO-nu beynəlxalq Şirkətlərdə təcrübəsi olan mütəxəssislər üçün də cəlbedici etmişdir.
Bu gün ArchiCO bir sıra layihələrdə dünyanın tanınan Şirkətlər ilə əməkdaşlıq edir, idarəetmə sistemimizi beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.
Geniş tərkibli inşaat sektorunun istənilən sahəsində böyük təcrübə toplamışıq. Son bir neçə ildə onlarla yaşayış və sənaye binalarının tikintisi və yenidən qurulması işləri, alt yapı layihələri, infrastruktur layihələri işlənmiş və müvəffəqiyyətlə tamamlanmışdır.
Qarşımıza qoyduğumuz hər məqsədə gənc və peşəkar komandamızın səyləri ilə çatmışıq. Gələcək məqsədlərimiz isə dahada böyümək, ölkə hüdudlarını aşaraq inşaat sektorunda bir Azərbaycan brendini dünyaya tanıtmaqdır
Əlaqə vasitələri:
SƏTƏM üzrə admin
İş barədə məlumat: “ArchiCO” MMC
İş yeri: Ölkədaxili rayonlar
İşin təsviri:
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edir;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil edir;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını alması tədbirlərinin görülməsində iştirak edir;
- Sahə üzrə ‘Risk Qiymətləndirməsi’ aparmaq sahə üzrə günlük,aylıq,illik hesbatların hazırlanması;
- Əməyin mühafizəsi şöbəsinin məlumatlarının, hesabatların qeydə alınması və onların
- SƏTƏMM məlumat bazasına daxil edilməsi;
- Əməyin mühafizəsi şöbəsinin registrlərini, və statistik məlumatların aparılması;
- İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatını keçir və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərir;
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak edir;
- Rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər işlərin yerinə yetirilməsi;
Tələblər:
- Yaş: 22- 35 yaş;
- Ali texniki təhsil;
- Kompüter bilikləri (MS Office və s.);
- Əmək qanunvericiliyi və əməyin mühafizəsi üzrə ölkə, qanunvericiliklə və beynalxalq standartları bağlı biliklər;
- Prioriet məsələləri effektiv şəkildə idarə etmək bacarığı;
- Əməyin mühafizəsi məlumatlarının işçilərə və rəhbərliyə aydın və effektiv şəkildə çatdırılması;
- Universitet təhsilini başa vurmuş ,SƏTƏM sahəsində yeni olanlar
- SƏTƏMM üzrə sertifikatlar;(FHN şəhadətnaməsi arzuolunandır)
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
- İdarəçilik;
- Səlis nitq;
- Analiz və təhlil aparmaq;
- Analtik düşüncə ;
İş şəraiti
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş qrafiki: I -VI günlər,