Nəzarətçi
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Tbilisi prospekti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə əsasında, bilik və bacarığa uyğun olaraq müəyyən olunur (400-450 Azn)
Vəzifə öhdəlikləri:
- Şirkət ərazisinə və avadanlıqlara gündəlik nəzarətin təşkili
- Giriş-çıxışların qeydiyyatı və nəzarəti
- Əməkdaşların təlimatlara və daxili qaydalara riayət etməsinə nəzarət
- Əraziyə gündəlik baxışların keçirilməsi və pozuntuların aşkar edilməsi
- Avadanlıqların vəziyyəti üzrə aktların tərtib edilməsi və sənədləşmə işlərinin aparılması
- Müvafiq hallarda rəhbərliyə məruzə və hesabatların təqdim olunması
Namizədə tələblər:
- Nizam-intizamlı və məsuliyyətli olmaq
- Nəzarət və təhlükəsizlik sahəsində təcrübə arzuolunandır
- Akt və sənəd tərtibatında təcrübə üstünlükdür
- Diqqətli, çevik və operativ qərarvermə bacarığı
- Kamera və nəzarət sistemləri ilə işləmək bacarığı (arzuolunandır)