VMF

Şirkət haqqında:

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.

Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.

VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.

VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.

Əlaqə vasitələri:

SMM Mütəxəssisi

SMM (Social Media Marketing) Mütəxəssisi

İş şəraiti

  • İş yeri: Qobu qəsəbəsi
  • Servis xidməti: İnşaatçılar metrosundan gündəlik
  • İş qrafiki: 6 iş günü (Bazar ertəsi – Şənbə)
  • İş saatı: 09:00 – 17:00
  • Əmək haqqı: 600-700 Azn

Vəzifənin məqsədi:

  • Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.

Əsas vəzifələr:

  • Şirkətin sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
  • Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
  • Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
  • Auditoriya hədəflənməsi və reklam büdcəsinin düzgün istifadəsi
  • Sosial media üzərindən gələn sorğulara, şərhlərə və mesajlara operativ və nəzakətli cavab verilməsi
  • Kampaniyalar, endirimlər, yeniliklər və məhsul təqdimatlarının aktiv şəkildə izləyicilərə çatdırılması
  • Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması
  • Sosial media performansının gündəlik və aylıq izlənməsi, analitik hesabatların hazırlanması
  • Sosial media trendlərinin və rəqib şirkətlərin fəaliyyətinin müntəzəm analizi

SMM reklam kampaniyalarının qurulması və effektiv idarə olunması:

  • Facebook Ads Manager
  • Instagram sponsorlu paylaşımlar
  • Google Ads (Search və Display)

Tələb olunan texniki bacarıqlar və proqram bilikləri:

  • Canva / Adobe Photoshop / Illustrator – dizayn və vizual kontent hazırlamaq üçün
  • CapCut / VN / Adobe Premiere / InShot – sadə video montaj və reels hazırlamaq üçün
  • Meta Business Suite / Facebook Ads Manager / Creator Studio – paylaşımların və reklamlara nəzarət üçün
  • Google Ads (Search və Display) – kampaniyaların yaradılması üçün
  • Excel / Google Sheets – kontent planlama və analitik hesabatlar üçün
  • Telegram, WhatsApp Business, Chatdesk – istifadəçi cavablandırmaları üçün (arzuolunandır)

Namizədə tələblər:

  • Ali təhsil və ya rəqəmsal marketinq sahəsi üzrə peşəkar kurs bitirmə sertifikatı (obligator deyil, amma üstünlükdür)
  • SMM və ya Digital Marketing sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis və yazılı ifadə bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür
  • Yaradıcı düşüncə, estetik zövq və orijinal kontent ideyaları hazırlamaq qabiliyyəti
  • Dəqiqlik, operativlik və məsuliyyət hissi
  • Komandada işləmə və təzyiq altında qərarvermə bacarığı
  • Nəticəyönümlü və müştəriyönümlü düşüncə

Üstünlüklər:

  • Təchizat və satış komandaları ilə sıx işləmə təcrübəsi
  • Influencer və bloggerlərlə əməkdaşlıq təşkil etmə bacarığı
  • Email marketinq (Mailchimp və s.) üzrə baza bilikləri
  • Brend strategiyası və rəqəmsal PR anlayışı

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap