Şam - Fi MMC

Şirkət haqqında:
“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.
Daha sonra istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distribüter fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə etmişdir.
Əlaqə vasitələri:
İnsan Resursları əməliyyatları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və vəzifə dəyişikliklərinin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
- İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi,
- İşçilərin şəxsi işlərinin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
- Arayışlar, xasiyyətnamələr və işçilərin intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- Bəy namizədlərə üstünlük verilir;
- İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi haqqında biliklər;
- Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel) proqramlarında işləmək;
- Güclü analiz və sosial-kommunikasiya bacarığı;
- Operativ və detallara qarşı diqqətcil;
- Problemləri həll etmə bacarığı.
Təminatlar:
- Karyera yüksəlişi;
- Şirkət hesabına nahar yeməyi;
- Servis ilə təmin edilmə;
- Korporativ nömrə.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
- İş yeri: Güzdək filialı, Bakı-Şamaxı şosesi.