Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis
Ümumi tələblər:
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahədə 2-3 il
- Proqram bilikləri : MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili
- Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
Vəzifə öhdəlikləri:
- İdxal olunmuş BFMQƏ- i üçün AQTA-ya müraciət edib idxala icazə məktubunun alınması;
- Anbara daxil olan malların NK-nın 287 saylı qərarına əsasən Azərbaycan dilində istifadə təlimatının və stikerlərin uyğunluğunun yoxlanması və özünün müşaiyəti ilə AQTA-dan təyin olumuş inspektora nümunələrin təqdim edilməsi;
- Digər yaranan problemlərin həll edilməsi;
- Agentlik tərəfindən ünvanlanan sorğuların cavablandırılması, preparatda aşkarlanmış problemlə əlaqədar menecerin və nümayəndəliyin məlumatlandırılması;
- Qida təhlükəsizlik sertifikatı alınmadan malların invoys üzrə saylarının yerində olmasına nəzarət edilməsi;
- Məhsulun ekskluzivliyi “Zeytun pharmaceuticals” a aid olarsa seriyaya uyğun AEM Rəy alınması üçün sənədlərin toplanıb , AEM - ə müraciət olunması
- Azərbaycanca içlik və stikerin tərcümə olunması.
- Bioloji aktiv qida əlavələrinin və tibbi ləvazimatların qeydiyyatı;
- Gələn qida əlavələrinin gömrük tərəfindən rəsmiləşdirilməsi ilə əlaqədar icazənin alınması üçün sənədlərin tətqiqat mərkəzinə ötürülməsi
- Müvafiq nizamlayıcı orqanlardan tətqiqatlar üzrə sertifikatların alınması;
- Apteklərdən dərmanlara qoloqrammların alınması;
- Dərmanların, bioloji aktiv əlavələrin və dərmanların statusunun diferensiasiyası
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək Haqqı: 800-900 AZN