VIP-PROD MMC

Şirkət haqqında:
- Şirkət 15 Aprel 2022-ci ildən fəaliyyətə başlayıb. Hazırda 2 istiqamətdə fəaliyyət göstərməkdədir.
· Ketrinq
· Donuq məhsulları
Ketrinq sahəsində - “VİP-PROD” daxili və xarici şirkət personalına korporativ qidalanmanın təşkili, müxtəlif miqyasda və formatda tədbirlərin təşkili sahəsində fəaliyyət göstərməkdədir.Hazırda aylıq 64-65 min porsion satışını təşkil edir.
Donuq məhsulları sahəsində - Müasir dünyamızda donuq qidaların tükətimi ön plana keçməkdədir. Daxil bazar üçün dondurulmuş qida məhsullarının istehsalı və satışından ibarətdir. Hazırda istehsal avadanlığının gücü günlük 6 ton və aylıq 180 tondur. Mövcud durumda 8 çeşid məhsulunun istehsalı reallaşdırılmış, satışı üçün qablaşdırma və etiketləşdirmə prosesi davam edir. İlkin mərhələdə “Araz” və “OBA” marketlərdə satışı reallaşdırılacaq.
Əlaqə vasitələri:
Anbardar
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
- Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
- Anbardan mal çıxışına nəzarət etmək
- Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq
- Malların yerdəyişdirilməsini təmin etmək
- Sifarişə uyğun olaraq malların yığılaması və göndərilməsi
Tələblər:
- Anbardar vəzifəsində ən az 1 il iş təcrübəsi
- MS Office bilikləri
- Komandada işləmək bacarığı
- Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
İş şəraiti:
- İş qrafiki: 6 günlük ( 08:00 – 17:00 )
- Qidalanma şirkət tərəfindən təmin olunur.
- İş yeri: Abşeron rayonu, Məmmədli kəndi (Servis xidməti mövcuddur)
- Əmək haqqı: 800 – 1000 AZN
Zəhmət olmasa, CV-nizi mövzu yerində “Anbardar” vəzifəsini qeyd etməklə qeyd olunan elektron poçtuna göndərin.