Awards Print

Mobiloqraf - Kontent Menecer
İş Barədə Məlumat
- Şirkət üçün davamlı və kreativ sosial media kontentləri hazırlamaq (Instagram, TikTok, Facebook üçün).
- TikTok və Reels üçün maraqlı, trendlərə uyğun video formatları yaratmaq.
- Gündəlik story paylaşımı, məhsulların tanıtım videoları və dizaynları hazırlamaq.
- Telefonla mobiloqrafiya bacarığı — məhsulların kreativ çəkilişi, vizual təqdimatı.
- Kontentlərin reklam məqsədilə uyğunlaşdırılması və sosial media targetinqi barədə məlumatlı olmaq.
- Kreativ ideyalarla şirkətin brend görünüşünü və tanınırlığını artırmaq.
- Məhsulla bağlı məlumat xarakterli videoların çəkilişində iştirak etmək (kamera qarşısına keçməli).
Namizədə Tələblər
- 20-30 yaş arası xanım namizədlər
- Oxşar sahədə təcrübə.
- Mobil video montaj proqramlarında peşəkarlıq (CupCut, InShot və s.)
- Canva ilə dizayn hazırlamaq bacarığı.
- Kreativ düşüncə və sürətli icra.
- Sosial şəbəkələrdə (xüsusilə TikTok, Instagram) trendləri izləməyi və tətbiq etməyi bacarmaq.
- Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli olmaq.
İş Şərtləri
- İş günləri: Həftə içi 5 gün.
- İş saatları: 09:00-18:00.
- Əmək haqqı: 500 AZN + Bonus
Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini qeyd olunan elektron poçt vasitəsilə "Mobiloqrafiya" başlığı ilə təqdim etsinlər.