“OBA Market” MMC

Şirkət haqqında:
“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Əlaqə vasitələri:
Data mühəndisi (Aparıcı mütəxəssis)
Vəzifə öhdəlikləri:
- Şöbə əməkdaşları və layihələr üzrə işləri əlaqələndirmək və tapşırıqları koordinasiya etmək;
- BI sistemləri və Data Warehouse/OLAP arxitekturasını qurmaq, idarə etmək və inkişaf etdirmək;
- ETL (Extract, Transform, Load) proseslərini icra etmək, optimallaşdırmaq və təkmilləşdirmək;
- SQL sorğularını hazırlamaq, məlumatları təhlil etmək, hesabatları yaratmaq və vizuallaşdırmaq;
- Strukturlaşdırılmış və statistik məlumatları toplamaq, təhlil etmək;
- Daxili və xarici sistemlərdən məlumat çıxarmaq, yoxlamaq və məlumat araşdırmalarında iştirak etmək;
- İstifadəçiləri BI sistemlərinə giriş hüquqları ilə təmin etmək və sistemləri mütəmadi monitorinq etmək;
- Big Data texnologiyalarını tətbiq etmək, məlumatların emalını və idarə edilməsini həyata keçirmək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- BI alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi
- ETL, Data Warehouse və OLAP sistemləri üzrə anlayış və bacarıqlar
- Big Data texnologiyaları ilə iş təcrübəsi və bu texnologiyalar barədə ətraflı biliklər;
- Güclü analitik düşüncə, effektiv problem həll etmə və ünsiyyət bacarıqları;
- Komanda ilə əməkdaşlıq və koordinasiya bacarığı.
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.