Can-Pa
Şirkət haqqında:
Şirkət haqqında
“CAN-PA” MMC olaraq yolumuza 1993-cü ildə Can markasını daşıyan şirniyyat istehsalıyla başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmalad, pişmaniye,draje, nogul, paxlava, şəkərbura kimi bir neçə şirniyyat çeşidləri istehsal etməklə yanaşı, distribütörlüyünü etdiyi Elit, Taha firmalarının çeşidləri ilə illərdir milli şirniyyat sahəsində fəaliyyətini davam etdirir.
- Ünvan
AZ0115, Abşeron rayonu, Hökməli̇ Ştq, Şamaxi şosesi̇, 14-cü km
- Əlaqə nömrəsi(99410)-511-30-41
- Vebsayt www.canonline.az
Əlaqə vasitələri:
Data analitika üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən daxil olan məlumatları toplamaq, təhlil etmək və vizuallaşdırmaq;
- Rəhbərliyin qərarvermə prosesini dəstəkləyəcək analitik modellər və göstəricilər yaratmaq (KPI, ROI, satış trendləri və s.);
- Məlumat keyfiyyətini təmin etmək üçün təmizləmə və strukturlaşdırma işlərini aparmaq
- Aylıq, rüblük və kampaniya sonrası performans hesabatlarını təqdim etmək;
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- SQL bilikləri və məlumat bazaları ilə işləmə bacarığı;
- Məlumatların təhlili və vizual təqdimatı sahəsində analitik düşüncə qabiliyyəti;
- Excel üzrə yüksək səviyyədə bilik (pivot table, power pivot və s.);
- Komanda ilə işləmə, vaxtın idarə olunması və detallara diqqət.
İş şəraiti:
- İş günləri: I-V günlər.
- İş saatı: 09:00-18:00.
- Rəqabət qabiliyyətli əmək haqqı