Azərşəkər LLC

Şirkət haqqında:
"Azərşəkər" şirkəti olaraq yeni iş imkanları və canlandırılmış kənd təsərrüfatı üçün 2017-ci ildə yola çıxdıq
Hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhvə vermiş olacağıq.
Şirkətimizdə komanda işinə dəyər verərək, daim inkişaf edən bacarığımızla dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq edirik. Korporativ sosial məsuliyyəti təşviq edərək ölkəmizin kənd təsərrüfatı sektorunda örnək dəyərlərə malik bir şirkətik.
Əlaqə vasitələri:
Baş Mexanik
Vəzifə öhdəlikləri:
- Müəssisənin və sahənin mexaniki avadanlıqlarının fasiləsiz və səmərəli işləməsini təmin etmək;
- Mexaniki avadanlıqların quraşdırılması, sazlanması, təmiri və texniki baxışını təşkil etmək;
- Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması üzrə tədbirlər görmək;
- Avadanlıqların təhlükəsiz və düzgün istismarı qaydalarına nəzarət etmək;
- İstehsalat prosesində istifadə olunan mexaniki qurğuların işə yararlılığını təmin etmək;
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək və heyətin bu qaydalara əməl etməsinə nəzarət etmək;
- Ehtiyat hissələrinin uçotunu və təminatını təşkil etmək;
- Plana uyğun olaraq texniki profilaktik və cari təmir işlərini yerinə yetirmək.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ali və ya Peşə ixtisas təhsili;
- Mexanika və texniki istismar sahəsində minimum 3 il iş təcrübəsi;
- Komandada işləmək və rəhbərlik etmək bacarığı;
- Problemləri operativ həll etmə bacarığı və təşəbbüskarlıq;
- Məsuliyyətli və dəqiq olmaq.
Əlavə məlumat:
- Struktur: Ağcabədi təsərrüfatı
- Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- İş yeri: Ağcabədi rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);