Təftiş və Nəzarət üzrə Kiçik Mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
- Şirkət üzrə mal qalığı, pul və sənəd üzləşmələrinin aparılması;
- Filial və şöbələr üzrə yerində təftişlərin keçirilməsi və nəticələrin sənədləşdirilməsi;
- Anbar və satış nöqtələrində faktiki yoxlamaların həyata keçirilməsi;
- Aşkarlanmış uyğunsuzluqların təhlili və hesabatların hazırlanması;
- Üzləşmə aktlarının və digər audit sənədlərinin tərtib edilməsi;
- İdarəçilik heyətinə təftiş nəticələri barədə vaxtında məlumat verilməsi;
- İllik və rüblük daxili audit planlarının icrasında iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit və ya əlaqəli sahələr üzrə);
- 1 ilədək iş təcrübəsi (uyğun sahədə təcrübə üstünlükdür);
- Güclü analitik düşüncə və detallara diqqət yetirmək bacarığı;
- MS Excel proqramında sərbəst işləmə bacarığı (Pivot, VLOOKUP və s.);
- Müstəqil işləmək və hesabatlar hazırlamaq bacarığı;
- Ezamiyyətlərdə iştirak imkanının olması.
İş şəraiti
- İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
- Əmək haqqı 900 AZN net
- İş yeri: Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 38
- İş yeri: Zəhmət Ruzi MMC
- İş rejimi: Tam ştat