Medco Hospital Group

Şirkət haqqında:
Medco Hospital Group – Azərbaycanın sağlamlıq sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən Batıgöz, Biovista və Avicenna kimi bir neçə tibb mərkəzlərini özündə birləşdirən tibbi idarəetmə şirkətidir.
Bakı şəhəri ilə yanaşı bölgələrdə də fəaliyyət göstərən klinikalarımız oftalmoloji, laborator və ümumi tibbi xidmətləri təqdim edir. Təşkilat, peşəkar tibbi xidmət, müasir avadanlıqlar və pasient məmnuniyyətinə yönümlü yanaşmanı əsas prinsip kimi qəbul edir.
Genişlənmə planları çərçivəsində Medco, yaxın illərdə MDB və Mərkəzi Asiya ölkələrində yeni klinikaların açılmasını və regiondakı mövcudluğunu daha da gücləndirməyi hədəfləyir.
Əlaqə vasitələri:
Hüquqşünas
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
- Filial, şöbə və nümayəndəliklərin açılması ilə bağlı hüquqi sənədləri hazırlanması;
- Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların aparılması, hazırlanması;
- Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
- Məhkəmədə və digər orqanlarda şirkətin adından çıxış edilməsi;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
Namizəddən tələblər:
- Hüquq sahəsində Ali təhsil (Vəkil statusu olanlara üstünlük verilir);
- Korporativ hüquq, müqavilə hüququ, əmək hüququ üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyini mükəmməl bilmək;
- Analitik düşüncə qabiliyyəti və problemləri operativ həll etmə bacarığı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək ünsiyyət bacarığı və komanda ilə işləmək bacarığı;
- Rus və İngilis dili bilikləri üstünlükdür.
Təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- Stabil iş mühiti;
- Rəqabətli əmək haqqı;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Karyera yüksəlişi imkanı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç. 45, (Fizuli Residence);
- İş qrafiki: 5 gün (09:00 – 18:00)
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.