Mikrobioloq
İş barədə məlumat
- Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli;
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli;
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya müdirinə məlumat vermək;
- Nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
- Avadanlıqların sanitar vəziyyətinin yoxlanması və mikrobioloji analizlərin olunması;
- Su və digər məhsulların mikrobioloji analizlərinin aparılması;
- Analiz ediləcək məhsullarının normativ sənədlərinə və sanitariya-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
- Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi;
- Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
- Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi;
- Mikrobioloji zərurət halı olan məhsulun analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlanması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması;
- İş yeri Kəlbəcər rayonu İstisu qəsəbəsi.
Namizədə tələblər
- Ali təhsil (Standartlaşdırma və sertifikasiya Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar)
- İSO standart tələblərini bilməli
- Qida sahəsində iş təcrübəsi mütləqdir
- Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli
- Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki biliklər
- Sertifikatların olması üstünlükdür
- Bu sahədə ən azı 2-3 illik iş təcrübəsi
Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına “Mikrobioloq” başlığı ilə göndərə bilər.