Qrafik Dizayner
İş şəraiti
- İş yeri: Baku, SOPHISS Şirkəti
- İş rejimi: Tam ştat, ofisdə
Vəzifə öhdəlikləri:
- Sosial media üçün vizual kontentlərin hazırlanması (post, story, reels və s.)
- Brend kimliyinə uyğun dizaynların hazırlanması (banner, etiket, kataloq, paket və promo materiallar)
- Yeni kampaniya və məhsul təqdimatları üçün yaradıcı ideyaların verilməsi
- Fotosessiya və video çəkilişlər zamanı dizayn dəstəyi
Tələblər:
- Adobe Photoshop, Illustrator, InDesign proqramlarında yüksək səviyyədə bacarıq
- Kreativ düşüncə və estetik zövq
- Sürətli və dəqiq işləmək bacarığı
- Portfolionun olması (vacibdir)
- Motion dizayn (After Effects, Premiere Pro və s.) bilikləri üstünlükdür
Biz nə təklif edirik:
- Estetik və kreativ mühitdə çalışma imkanı
- Gözəllik və dəriyə qulluq dünyasında brendlərlə işləmək
- Rəqabətli əmək haqqı və motivasiyaedici system