Baş mühasib
Tələblər:
- Maliyyə və mühasibatlıq sahəsində ali təhsilə malik olmaq;
- Minimum 4 illik peşəkar iş təcrübəsi;
- PMS sertifikatının olması (MHBS sertifikatı arzuolunandır);
- Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
- Vergi qanunvericiliyini dərindən bilmək və mürəkkəb vergi məsələlərini analiz etmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
- 1C mühasibatlıq proqramında iş təcrübəsi mütləqdir.
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və Dövlət Sosial Müdafiə Fondu ilə bağlı əməliyyatların aparılması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinin təmin edilməsi;
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik;
- Maliyyə hesabatlarının tərtib olunması;
- Vergi planlaması və beynəlxalq əməliyyatlarla bağlı vergitutma məsələləri üzrə işləmə bacarığı;
- Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Müştərilərin mühasibat uçotunun aparılmasına ümumi nəzarətin həyata keçirilməsi;
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.
İş şəraiti:
- Əmək haqqı razılaşma ilə müəyyən ediləcək.
- İş vaxtı: həftənin 5 günü, saat 10:00 – 18:00
- İş yeri: Azure Business Mərkəzi