Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
İnformasiya Texnologiyaları üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İnformasiya Texnologiyaları sahəsində ali bakalavr təhsili
- Microsoft Windows Server 2012, 2019 və CentOS/Redhat əməliyyat sistemləri ilə iş təcrübəsi
- Active Directory, Group Policy, DNS, DHCP, File sistemləri ilə iş təcrübəsi.
- Microsoft Exhcange Server ilə iş təcrübəsi
- Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində iş təcrübəsi
- Bulud texnologiyaları üzrə (Microsoft Entra ID və MS Office 365) biliklər və iş təcrübəsi
- Palo Alto, FortiGate kimi yeni nəsil firewall texnologiyaları ilə iş təcrübəsi
- Veeam və Symantec DLO backup sistemləri ilə iş təcrübəsi
- NAS/SAN şəbəkə saxlama sistemləri ilə təcrübə
- Cisco şəbəkə avadanlıqları ilə iş təcrübəsi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- İT sistemlərlə bağlı daxili sorğuların qəbul edilməsi, identifikasiyası, tipinə görə müəyyən etmək
- İşçi stansiyalarda yaranan problemlərin ilkin olaraq aradan qaldırılmasına dəstək
- Texniki sualların cavablandırılması və istifadəçilərə dəstək
- Service Desk sistemindəki müvafiq sorğuları vaxtında icra etmək
- Şirkətin informasiya infrastrukturunun aydın və səmərəli işləməsini təmin etmək
- Şirkətin kompüter, server və şəbəkə avadanlığının əməliyyat sistemlərini quraşdırmaq, konfiqurasiya etmək və işlək vəziyyətdə saxlanmasını təmin etmək
- Şirkətin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin etmək
- Şirkətin kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təşkil və təmin etmək
- Şirkətin fəaliyyəti üçün alınacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının parametrlərini müəyyən etmək və texniki tələblərin müəyyən olunmasını həyata keçirmək
- Şirkətin korporativ poçt, fayl, verilənlər bazası və digər server sistemlərində yaranan problemlərin aradan qaldırılmasını və inzibatçılığını təmin etmək
- Şirkətin firewall təhlükəsizlik avadanlıqlarında, şəbəkə saxlama, antivirus və antispam sistemlərində yaranan problemlərin aradan qaldırılmasını və inzibatçılığını təmin etmək
- Şirkətin serverlərinin ehtiyat nüsxələrinin yaradılmasını və sistemin məhsuldarlığının monitorinqi həyata keçirmək
- Şirkətin informasiya sisteminin dayanıqlığını artırmaq üçün təkliflər hazırlayır, müəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak etmək
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və ISO 50001 standartlarına uyğun sənədləri tətbiq etmək
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi